Gəncə Kiçik Qafqaz dağlarının şimal – şərq ətəyini geniş Kür – Araz ovalığı ilə birləşdirən, münbit torpaqlara və zəngin təbii sərvətlərə malik bir ərazidə yerləşir. Xalqımızın siyasi – iqtisadi və mədəni həyatında mühüm rol oynamış, bol suları, gözəl otlaqları, sıx meşələri və müxtəlif heyvanlar aləmi ilə zəngin olan bu diyar insanların nəsil – nəsil burada məskən salmasına şərait yaratmışdır.
Köhnə Gəncə şəhər xarabalıqları müasir Gəncənin mərkəzindən təxminən 5 – 7 km şimal – şərqdə Bakı – Tbilisi dəmir yolunun hər iki tərəfində geniş bir ərazidə yerləşir. Gəncə çayı (Murovdağ silsiləsinin şimal yamacından baş. /2814 m/, uz. 98 km) həm Köhnə, həm də Müasir Gəncə ərazisini iki hissəyə ayırır. (daha&helliip;)
08.01.2009